25 Jul

Kitabxana əhvalatı..

UntitledBu postu garanliqda və şərabla yazıram. Qaranliqda – çünki galdıgım yataqxananın otagında bütün lampalar yanıb. Şərabla, bu dəfə Ruby Cabernet, – çünki gündəlik işlərimi gurtarandan sonra, axşamlar arada bir özümə belə şeyləri icazə verməyə xoşlayıram. Amma bunlara baxmayaraq, düşünürəmki məgalə maraqlı olacaq. Çünki budəfə mənim Düsseıdorfda ən xoşladıgım yerlərdən biri(yəginki 4square də çekinlərdən bilinir) – Düsseldorf Mərkəzi Kitabxanasından söhbət gedəcək.
Kitabxana demək olarki şəhərin ən aktiv olan bir yerdə yerləşir. Bu mərkəzi dəmiryol vagzalın çıxışındadır. Çıxışlardan bir tərəfi şəhərin mərkəzi, Rayn çayı tərəfə, obirisi isə Universitet və Kitabxana tərəfə açılır. Bunu kim və niyə məhz belə fikirləşdiyini bilmirəm. Amma maraqlıdır.
Kitabxanada minlərlə köhnə və müasir kitab yox, həmdə CD-DVD disklər, pulsuz sürətli İnternetdə var. Bunları cəmi illik 20 euroya abunə olmagla 3-4 həftəlik kitabları, diskləri isə 1 həftəlik əldə etmək olar. Kitabların müddəti isə 2-3 dəfə , kitabxanaya getməyərək, onlayn artırmag olar. Bunula bəzi kitablar pdf formatda yükləyib 2-3 həftə oxumag imkan verilir. Abunə olmag istəmirsənsə, gəl, elə kitabxanada pulsuz otur, oturmaga yerlər doludur, və oxu. Yəni təhsil, belə olmalıdır. Tam pulsuz, və müasir. Əsaski maragın olsun. Amma kitabları vaxtında gaytarmagı unutma, çünki bir kitab bir gün uzatsan bir avro cərimə olunacagsan. Demək lazımdır ki, götürmək istədiyin kitabların sayına heç bir məhdudiyyət goyulmur. Nəgədər istəyirsən – o gədərdə götür.
Diqqət şəkillər: Read More

08 Feb

Balaca səyahət..

Növbəti bəzi plannlarımı reallıga çevirmək üçün demək olarki tam 2 həftədirki Almaniyadayam.

Əvvəlcə uçuşdan bir iki kəlmə danışım. Azal-nan İstanbula uçdum. Bizdə nəsə həmişə deyim, yoxsa bəzi admlarda olurmu bilmirəm, Azərbaycanla baglı olan hər bir şeyə mənfi cəhətdən fikirləşilər, ən pisidə odurki bunlar özümüzkilərdi. Amma belə deyil. Azal şirkəti mənim xoşuma gəldi. Yox, pulsuz səhər yeməkə görə yox – uçuş, personalın səmimi gaygısna,təyyarənin rahat galxıb enməsi və bəzi başga xırda nyuanslara görə. İstanbulda, tamamilə başka bir ölkədə oldugumu bildim. Pegasusla uçdum. Yox, demək istəmirəm Pegasus şirkəti pisdir və sairə. Təklif olunan giymətə görə əladır, lakin elə bil təyyarədə yox – bazardasan. Stuardessaların elə bilki məgsədi alver etməkdir: sigaret, arag, konyak satışı ilə məşguldular. Müsbət cəhətləridə çoxdur, məsələn təzə təyyarələr, tam funksional web saytı(bilet almag, təyyarələrin gecikmə vaxtları və s.) Nə deyim, ən yaxşısı eşitmək yox, birdəfə uçmag lazımdır.

Həmşəki kimi heçnəyə vaxt çatdirmag olmur, lakin bir az vaxt tapıb gərara gəldim şəhəri gəzib şəkil çəkim və flikrə yerləşdirim. Əsasən Wuppertal və Düsseldorfda çəkdiyim şəkillərdir. Read More