14 May

Lenovo və BIOS.

Lenovo Notebookları çox xoşuma gəlir. Thinkpad T, Edge, G Model və sairələri. Ola bilər ki ömrümdə birinci laptop ThinkPad T60(IBM) olduguna görə. Ola bilər digərlərə baxanda rahat, barmaglara “oturan” klaviatura. Yada qara klaviatura arasında seksual görsənən gırmızı coystik..trackpoint.. Bilmirəm..
Indiki notebook marketlərin ganunlara riayət etmək üchün və bazarda galmag üchün biraz büdcə variantlarda, əsasən orta keyfiyətdə seçim konstruksiyalardan istifadə olunur. Belə noutbooklar əsasen 400-700avro arası olur. Hətta Windowssuz 300avrolug offis variantı da tapmag olar.

Çoxsunda isə Broadcom WLAN adapterləri istifadə olunur. Broadcomları xoşlamiram. Çünki həmişə Linuxla probləmləri olur. İstehsalçı səifəsində yerləşən driver source kodu isə hələ də köhnə nüvə öçündü – 3.11. Bayırda isə Linus Torwalds 4.1 nüvəni hazırlayır.. Həm də keyfiyəti o gədər də yaxşı deyil. Broadcomla vidalaşıb keçdim Intel AC 7620ə.(Proprietar iwlwifi drayveri istifadə edir).

Laptopa goşanda isə BIOSdan geyri adi message gəldi – “Adapter licensiya uygun deyil. Xahish edirik lisenziyaya uygun adapter yükləyəsiz”. Hm.. Biraz internetdə axtarıb maraqlı məlumata rast geldim. Deməli, Lenovo ancag öz lisenziyalara uygun hisselerini yükləməyə icazə verir. Icazə verilən siyahl isə “Whitelist” – BIOSa yazılıb. Həmdə Lenovo cəmiyyəti buna garşı Lenovoya Petisiya ilə də müraciət edib.

BIOSu təzədən yazmag, başka addım aglıma gəlmədi. Bu barədə yenədə internetden istifade etdim. Yaxşıki www.bios-mods.com var. Forumda müraciətimə kömək etdilər, laptopum üchün BIOSun versiyasını patching edib geri göndərdilər. Hər şey əla işlədi.

Ümumiyətlə, məgalənin məqsədi sizi www.bios-mods.com saytı ilə taniş eləmək idi. BIOSun təzədən yazılması, və sair digər triklər üchün məlumatları ordan almag olar.