15 May

Security in a box.


Keçən dəfə PGP kriptografik açarlari ile Gmail, Yahoo Emaildən istifadə edilməsi ile əlagədər “Email enrypt/decrypt etməsi” adlı bir məgalə yazmışdım. Deməli, bu Email şifrə edib göndərməsinin asant metodlardan biridir. Lakin ümumiyətlə hər hansı applicationa inanmag o gədər də düzgün hesab etmək olmaz.

Elektron məktublar barədə neçə il idir ki internet səifələrdə həm bizdə həmdə xaricdə söhbətlər gedirdi və çoxlu axırı qurtarmayan diskussiyalar cür bə cür email servisləri müzakirə olunurdu. Nəzərə almag lazımdırki onlardan biri Lavabit idi. Amma Snouden oradan email accountdan istifadə etdiyinə görə, FBİ yoxlamaları ilə gələndə – sayt baglanmalı oldu.

Lakin həmin vaxtlardam digər məhşur bir servis – RiseUpdir. Email account açmag üçün məktubla müraciət etmək lazımdır, yada 2 nəfərdən invayt kodu daxil eləmək. Onlara müraciət etdiyimdən 1 həftə sonra nəhayət ki məni əlavə etdilər. Riseup barədə burda – https://info.securityinabox.org/ru ətraflı oxumag olar. O həmdə pulsuz VPN, Chat servisləri də istifadə etmə imkanı verir.

Securityinabox.org isə elektron təhlükəsizlik barədə yazan Tactical Tech geyri dövlət tərəfindən düzəltdiyi bir saytdır. Orada bütün bazis prinsiplər, programlar barədə müxtəlif dillərdə oxumag olar. Taniş olun, maraqlı məlumatlar çoxdur. Məsələn:

TrueCrypt – hard diskdə gizli şifrələnmiş hissələr yaratmaq.

Eraser – əgər hər hansı faylı “Kорзина”da boşaldib faylari sildiyi kimi bilirsinizsə – yanlış fikirdəsiniz. Bu program həmin fayla o gədər əlavə məlumat yazırki onu birdə oxumag mümkün olmur və həmin fayli silmiş kimi hesab etmək olar.

Pidgin və OTR – Linux aləmində çox məhşur Messenger və OTR standartın istifadə edilməsi.

Enigmail – email pgp üsulla şifrələnmə modulu.Thunderbird Email Klient ilə işləyir.

Gpg4USB – Fayllarım pgp açarları ilə şifrələnməsi.

TOR – internetdə senzuradan yayınma alətlərindən biriş (az wiki).

Jitsy – Skype-ın təhlükəsiz analogu.
Hər hansı digər maraqlı web təhlükəsizliyə aid olan programmlar, addon və plaginlər bilirsinizsə komentdə bölüşün məgaləyə əlavə edim.

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK