22 Apr

Peyvənd və İmmunoprofilaktika üzrə məlumat.

Institut vaxtlarımızdan yadımdadır məşur Rastrapoviç fondu ve Səhiye Nazirliyi ilə birlikdə ölkəmizdə tələbələrə peyvəndlər icbari vurulma aksiyasi aparmışdır. Bəzi tələbə yoldaşlarımız bundan imtina etdi, güya bu peyvəndler hər hansi bir inkşaf pozgunluga gətirir. Belə melumat cəmiyətdə çox yayılıb. Genc ailələrdə internetden məlumat oxuyub peyvəndlərdən imtina edib uşagları risk altında goyurlar. Lakin dünən Amerika Tibb Assosiasiyasının təqdim etdiyi tədgigatın nəticələri göstərirki, hər hansı vaksin autizmə gətirib çixarmır.(Wikipedia)

Gənc ailələrdə valideynlərin əsas suallardan biri uşagların hansı yaşdan və hansı Peyvəndlərin elemesi esas yer tutur. Bu barədə ölkəmizə aid bir məlumatla bölüşmək istərdim.

Azərbaycan Respublikasının Milli peyvənd təqvimi:

Yası Peyvəndlər Xəstəliklərin profilaktikası
Doğumdan sonra 12 saat ərzində Hep B Hepatit B xəstəliyinə qarsı peyvənd
4-7-ci gün BCG və OPV Vərəm əleyhinə peyvənd.Poliomielitə qarsı peyvənd
2 aylıqda Hib B OPV və PK Difteriya/göyöskürək/tetanus/hepatit B və B tipli hemofil infeksiyaya qarşı peyvənd. Poliomielitə qarşı peyvənd. Pnevmokok infeksiyalarına qarşı peyvənd.
3 aylıqda Hib və OPV Difteriya/göyöskürək/tetanus/hepatit B və B tipli hemofil infeksiyaya qarşı peyvənd. Poliomielitə qarşı peyvənd.
4 aylıqda Hib və OPV və PK Difteriya/göyöskürək/tetanus/hepatit B və B tipli hemofil infeksiyaya qarşı peyvənd.Poliomielitə qarşı peyvənd. Pnevmokok infeksiyalarına qarşı peyvənd.
6 aylıqda PK Pnevmokok infeksiyalarına qarşı peyvənd.
12 aylıqda QPM və Vit A Qızılca/parotit və məxmərəyə qarsı peyvənd. Vitamin A.
18 aylıqda OPV və Vit A Difteriya/göyöskürək və tetanus qarşı peyvənd. Poliomielitə qarşı peyvənd. Vitamin A.
6 yaşında QPM və DT və Vit A Qızılça/parotit və məxmərəyə qarşı peyvənd. Difteriya və tetanus qarşı peyvənd. Vitamin A.

Azərbaycan Respublikasında istifadəolunan Vaksinlər barədəməlumat:

Vaksinlərin adı Vaksinlərin ölçü vahidi İstehsalçı.
BCG 10 dozalıq Danimarka
HepB 1 dozalıq Cənubi Koreya
Hib 1 dozalıq Cənubi Koreya
PK 2 dozalıq Belçika
OPV 10 dozalıq Belçika
MMR 2 dozalıq Hindistan
GDT 10 dozalıq İndoneziya
DT 10 dozalıq Hindistan

Mənbə http://e-health.gov.az.

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK