25 Jul

Kitabxana əhvalatı..

UntitledBu postu garanliqda və şərabla yazıram. Qaranliqda – çünki galdıgım yataqxananın otagında bütün lampalar yanıb. Şərabla, bu dəfə Ruby Cabernet, – çünki gündəlik işlərimi gurtarandan sonra, axşamlar arada bir özümə belə şeyləri icazə verməyə xoşlayıram. Amma bunlara baxmayaraq, düşünürəmki məgalə maraqlı olacaq. Çünki budəfə mənim Düsseıdorfda ən xoşladıgım yerlərdən biri(yəginki 4square də çekinlərdən bilinir) – Düsseldorf Mərkəzi Kitabxanasından söhbət gedəcək.
Kitabxana demək olarki şəhərin ən aktiv olan bir yerdə yerləşir. Bu mərkəzi dəmiryol vagzalın çıxışındadır. Çıxışlardan bir tərəfi şəhərin mərkəzi, Rayn çayı tərəfə, obirisi isə Universitet və Kitabxana tərəfə açılır. Bunu kim və niyə məhz belə fikirləşdiyini bilmirəm. Amma maraqlıdır.
Kitabxanada minlərlə köhnə və müasir kitab yox, həmdə CD-DVD disklər, pulsuz sürətli İnternetdə var. Bunları cəmi illik 20 euroya abunə olmagla 3-4 həftəlik kitabları, diskləri isə 1 həftəlik əldə etmək olar. Kitabların müddəti isə 2-3 dəfə , kitabxanaya getməyərək, onlayn artırmag olar. Bunula bəzi kitablar pdf formatda yükləyib 2-3 həftə oxumag imkan verilir. Abunə olmag istəmirsənsə, gəl, elə kitabxanada pulsuz otur, oturmaga yerlər doludur, və oxu. Yəni təhsil, belə olmalıdır. Tam pulsuz, və müasir. Əsaski maragın olsun. Amma kitabları vaxtında gaytarmagı unutma, çünki bir kitab bir gün uzatsan bir avro cərimə olunacagsan. Demək lazımdır ki, götürmək istədiyin kitabların sayına heç bir məhdudiyyət goyulmur. Nəgədər istəyirsən – o gədərdə götür.
Diqqət şəkillər:
Untitled
Python 3 kitablar.

Untitled
PHP sevənlər üçün.

Untitled
Bəli Bəli. Bu kitabı Wikiliksin yaradıcısı – Julian Assanj yazıb.

Untitled
Bu kitabı isə məşur haker – Kevin Mitnik yazıb.

Untitled
Kitabxanada 100lərlə təzə jurnalda oxumag olur.

Untitled
Sırf bir istigamətdə aid olan kitabları da tapmag olur.

Belə kitab çoxlugu olanda və onları rahat, məhdudiyətsiz oxumax imkanı olanda (mən heçdə balaca şəhərlərdən danışmıram, onların da özünə məxsus kitabxanaları var) — heç kitabları skan eləmək. onları torrent trekerlərdə digər yerlərdə yerləşdirmək lazım olmur. Hansısa məşur demişkən, “cəmiyyətdəki problemlər elə cəmiyyət özü yaradır” sözləri yadıma gəlir. Bizdə isə əgər fikirnən yanaşsag – bundanda gözəl kitabxanalar yaratmag olar. Görəsən, bizim mərkəzi Axundov kitabxanasında belə sistem nə vaxt gurulacag. Bunu üçün axı o gədərdə çox şey lazım deyil. Elə növbəti bokalı bunun üçün içək. Alman demişkən – “Prost”.
Untitled

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK
  • tee

    salam, sizce vereqin sonu gelmeyibmi?

    mence vereq istehsalinin (o cumleden (fiziki) kitabxanalarin) totalitar ve kutlevi shekilde tesviyyesi (aradan qaldirilmasi – ликвидация, elimination) ve onlarin virtual fayllarla (*.pdf, *.doc, *.txt ve s.) evez olunmasi zamanin telebidir, ve chox vacibdir.

    ps:

    meqaleniz orfoqrafik ve qrammatik sehvler ile doludur :)

    • biotin

      Salam. Sizin kommentariyani görmek menim üchün chox ürek achicidir ve maraqli suala göre teshekkür edirem:)

      Virtual kitablara kechmeyin müsbet ve menfi cehetleri choxdur, adi vereq kitablarda oldugu kimi, onlari saymaq istemezdim. Lakin neyin olursa olsun – hemin sheyin totalitar ve kütlevi schekilde tesviyyeye garshi chixiram:) Chünki vereqli kitablar essillerle insan tarixindi mühüm rol oyanyib, bele kütlevi shekilde onlardan imtina etmek – onlara garshi yeginki hörmetsizlik olar mence. Bu sadece meinim fikrimdir, hansisa elave ve ya eksine fikriniz olsa, mene onu bilmek maraqli olardu :)

      PS: Sevhlere göre chox üzr isteyirem:)