19 Jun

Open Build Service nədir ?

Son zamanlar aglıma bir fikir gəlirki, demək olarki axırıncı 8 ildirki Open Source programlar və ya hər hansı proyektlərdən istifadə etmişəm. Onlardan 6 ildir ki daim pauzasız Linux ƏSistem istifadəçisiyəm. Bəs mən Open Sourca nə vermişəm? Hansısa projekt, programm, hətta hansısa manualın tərcüməsi ?? Belə suallar hər hansı Open Source istifadəçisini yaranıb yəginki.

Düzdür heç kim heç nəyi sizdən tələb etmir. İstifadə edirsinizsə, lap yaxşı – istifadə edin. Amma biz, istifadəçilər, onun giymətini bilmirik. Bilirsiz niyə görə? Çünki əksər zamanda(95%) bizim siznən kompyuterimizdəki Windows və ya Microsoft Officə biz kəlam pul tökməmişik. Ona görə. Biz ona görə bu fərgini bilmirik, hiss etmirik. Fərgi hiss etmək üçün isə Windows8 55-70 Euro(hər ildə update və sair işləri heç demirəm), Microsoft Office isə ondan da çox – təxminən 75-200 Euro vermək və hügug ganunu pozmayarag rahat yaşayag. (Giymətlər Almaniya İT Bazarında götürülmüşdür). Mən hər hansı pirat diksləlrdə olan oyunları demirəm. Belə bir fikirlər Open Source gabagında bir az utancag hisslər yaradır.

Deməli belə bir fikirlər, Open Sourca nəsə gaytarmag, məni Open Build Servicə yönəltdirdi. Open Build Service – OpenSuse Build Servis di. Yəni,təzə yaradılan zaman, Opensuse üçün hər hansi programı source (isxodniklərdən – tar.gz) rpm paketləri yaratmag üçündür. Hal hazırda istifadəçi nəinki OpenSuse – hətda Debian, Ubuntu, Mandriva, Fedora və RHL (32 və ya 64 bit Sistemə) uygun olan paketlər yarada bilər. İstifadəçiyə Virtual Sistem verilir və ona uygun olarag paketlər yıgılır, istifadəçinin kompyuterindəki ƏSdə heç bir dəyişiklik etməyərək. Həmdə Ruby(gem) və Python da yazılan programları sistemə uygun hazır paketləri yarada bilir. Məsələn, Gavrasm – Arduino(AtMega mikrokontrollerlər) üçün Assembler dilində yazılan programı Opensuseyə aid olan rpm paketi tapmag olmur. Onun, isxodniklər Paskal dilində yazıldıgı üçün, binarniki istifadə edərək, forumun köməyi ilə, OpenSuseyə yıgdım – link.İndi hər hansı user onun hazır rpm paketi yükləyıb rahat install edə bilər. Yəni, əsas məsələ odurki, rahat şəkildə hansısa programı hansısa paketə çevirmək Open Build Servisin köməyi ilə asantdır.

Düzdür, Open Build Service ilə və başka vasitərləri(məsələn tərcümə işləri, sevdiyi programlaşdırma dilimizdə azad program yazmagla) ilə Open Source dünyasını daha da zəngin və böyük olması bizdən, adi istifadəçilərdən asılıdır.

PS: Fikirlər, Düsseldorf kitabxanasında, GNU/Linux ƏSistemi olan kompyuterin arxasında oturarag irəli gəlmişdir.

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK