28 Apr

OpenSuse12.3 də simsiz və simli internet.

Linux Distroların təzə versiyaları çixanda İnternetə goşulmagda laptopumda bir gədər problemər çıxdı. Məsələn Ubuntu 13.04də Lan draverləri tam işlək vəyizzətdə oldu, amma Wlan tamamilə işləmədi. Halbuki Ubuntu 12.10də Wlan korobkadan işləyirdi, və Lan isə birgədər əlləşmək lazim gəlirdi. Ona görədə gərara gəldim OpenSuse de prob edim, çünki fikirləşdim ki hazır rpm drazver paketləri yükləyim. Debian, Arch və digər distrolarda internetsiz nəsə yükləmək problem olur, cür bə cür paktelər bir birini dartir və məsələni bir az çətinləşdirir. Problem Linuxda yox, proprietar drayverlər çıxaran şirkətlərdir. Və adi user məcbur olur internetdə axtarib yükləsin və bəzi hallarda heç o da kömək etmir. Uzun söhbətin gısası Laptopda simsiz və simli interneti galdırmag lazım idi. Hardware:

1
2
02:00.0 Ethernet controller: Atheros Communications Inc. AR8162 Fast Ethernet (rev 10)
03:00.0 Network controller: Broadcom Corporation BCM4313 802.11b/g/n Wireless LAN Controller (rev 01)

AR8162 və BCM4313 əsas problemlərdir.

Linux Kernel 3.7 :

AR8162 ki öçün burdan compat-wireless-scripts-3.7-4.1.noarch.rpm və compat-wireless-kmp-desktop-3.7_k3.4.6_2.10-4.1.x86_64.rpm yükləmək lazımdır. İnstall elədikdən sonra isə Linux nüvəyə yükləmək:

#modprobe alx
#systemctl restart network.service

Və Braodcom BCM4313 proprietar rpm paketi( broadcom-wl) isə Pacman repositorizadan yükləyək. Sistemə Yast-ilə instal eləyək sonra isə yenə nüvəyə yükləyək. Digər drayverləri nüvədən çıxardag:

# /sbin/modprobe -r b44 b43 b43legacy ssb brcmsmac bcma 
# echo -e blacklist b43\\nblacklist b43legacy\\nblacklist ssb\\nblacklist bcma\\nblacklist brcmsmac > /etc/modprobe.d/50-broadcom-wl-blacklist.conf 
# /sbin/modprobe wl
#/sbin/yast2 sysconfig set MODULES_LOADED_ON_BOOT="wl"

Restart elədikdən sonra həm Lan həm Wlan işləməlidir.
———————————————————————————————————29.05.2103
Linux Kernel 3.9 :
broadcom-wl burdan ve AR8162 ise bele:

1
2
3
4
5
6
7
8
#wget https://www.kernel.org/pub/linux/kernel/projects/backports/2013/03/28/compat-drivers-2013-03-28-5-u.tar.bz2
#tar tar -xvf compat-drivers-2013-03-28-5-u.tar.bz2
#cd compat-drivers-2013-03-28-5-u
#./scripts/driver-select alx
#make
#cp drivers/net/ethernet/atheros/alx/alx.ko /lib/modules/`uname -r `/updates/
#cp compat/compat.ko /lib/modules/`uname -r `/updates/
#/sbin/depmod -amake install

Restart elədikdən sonra həm Lan həm Wlan işləməlidir.

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK
  • Ümumiyyətlə indiyədək 4 laptop ilə Ubuntu işlətmisəm və hələ də driver,Additional drivers anlayışları ilə hər hansı bir təmasım olmayıb. Hər birində(Toshiba,Acer,Hp,Asus Zenbook) Wlan, bluetooth, wifi və sair hamısı by default işləyib. :) Məndə external qrafik kart olmayan laptoplar olub daim(intel hd graphics və.s), səbəb bu ola bilər?

    • Biotin

      Kommentə görə sagol. :) Yox, adətən OS install processi zamani nüvə hardwar-i yoxlayır və bir birindən asılı olmayan hissələrə(Lan, Wlan, Video və s) uygun olan drayverləri yükləyir. Əsas məsələ ordaki bəzi İstehsalçılar öz drayverləri open soursa vermir. Ona görə Torvalds onları nüvəyə salmır. Userdə məcbur olur ya source tapıb ya da Windowsdan(məsələn NDISwrapper ilə) goşsun. Ubuntu Developerləri də bunu bilir və özləri bu proprietar drayverləri Ubuntuya əlavə edir. Ona görədə Ubuntu da digərlərə baxanda bununla problem olmur. Çox nadir hallarda olur . :)