08 Feb

Balaca səyahət..

Növbəti bəzi plannlarımı reallıga çevirmək üçün demək olarki tam 2 həftədirki Almaniyadayam.

Əvvəlcə uçuşdan bir iki kəlmə danışım. Azal-nan İstanbula uçdum. Bizdə nəsə həmişə deyim, yoxsa bəzi admlarda olurmu bilmirəm, Azərbaycanla baglı olan hər bir şeyə mənfi cəhətdən fikirləşilər, ən pisidə odurki bunlar özümüzkilərdi. Amma belə deyil. Azal şirkəti mənim xoşuma gəldi. Yox, pulsuz səhər yeməkə görə yox – uçuş, personalın səmimi gaygısna,təyyarənin rahat galxıb enməsi və bəzi başga xırda nyuanslara görə. İstanbulda, tamamilə başka bir ölkədə oldugumu bildim. Pegasusla uçdum. Yox, demək istəmirəm Pegasus şirkəti pisdir və sairə. Təklif olunan giymətə görə əladır, lakin elə bil təyyarədə yox – bazardasan. Stuardessaların elə bilki məgsədi alver etməkdir: sigaret, arag, konyak satışı ilə məşguldular. Müsbət cəhətləridə çoxdur, məsələn təzə təyyarələr, tam funksional web saytı(bilet almag, təyyarələrin gecikmə vaxtları və s.) Nə deyim, ən yaxşısı eşitmək yox, birdəfə uçmag lazımdır.

Həmşəki kimi heçnəyə vaxt çatdirmag olmur, lakin bir az vaxt tapıb gərara gəldim şəhəri gəzib şəkil çəkim və flikrə yerləşdirim. Əsasən Wuppertal və Düsseldorfda çəkdiyim şəkillərdir.

Untitled
Almanlar buna Schwebebahn deyirlər, yəni havada uçan gatar. Wuppertal şəhərin nəgliyyat vasitələrdən biri.
Untitled

de

Untitled
Wuppertal şəhəri Pingvinlərə həsr olunmuş abidələrlə doludur. Yox, Linuks Torvaldla əlagəsi yoxdur. Sadəcə şəhərdə yerləşən Zooparkın 125il tama oldugu ili aksiya keçirmişlər və şəhərin müxtəlif yerlərdə abidələr gurmuşdular.

Untitled
Wuppertalda həmdə Fridrix Engels dogulub və yaşaşıb. Yuxarıda göstərilən kücə-alleya onun adını daşıyır.
Untitled
Düsseldorf da hansısa kirxədə.
Untitled
Təmir işləri ancag Bakida yox, başka şəhərlərdədə keçirilir lakin hər gün yox, lazım gələndə.
Untitled

Untitled
Bu isə Reyn çayıdır.
Untitled
Belə tarixi abidələr Düsseldorfda çoxdur.
Untitled
Untitled
Untitled
Belə abidələrə də rast gəlmək olur.
Untitled
Şəkillərin hamısını posta yerləşdirmədim. Post uzun olanda oxumag çətin olur. Ona gorə bunları və digərləri böyük formatda flickrə baxmag olar. Link http://www.flickr.com/photos/biotin_az/ Həm təzə şəkillər avtomatik əlavə olunur.
Növbəti postda çalışacam bir az Alman mobil opertaorlardan və İnternetdən danışım.

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK