02 Jan

Ubuntu terminalı üçün əmrlər

Ubuntunun rahat interfeysi onun bir terminal ağırlıqlı əməliyyat sistemi olmamasından xəbər versə də, terminalı siyahıdan çıxarmamalıyıq. Əmrlər çoxdur və hamısı yadda qalmır. Bu postu həm özümə, həm də sizlərə bir arayış kimi yazmağa qərar verdim.

Mənim linuxlarda elə ən çox diqqətimi cəlb edən terminaldır. Əmrləri qrafik interfeyslə deyil, terminal komandaları ilə verməyin ayrı ləzzəti var. Belə olanda özümü ƏS-nin içində, onunla «qucaqlaşmış» kimi hiss edirəm =)

Sözü çox uzatmadan keçək bəzi əmrlərə. Ən əsas olandan başlayaq.

man əmrin_adı

Bu komanda hər hansı bir əmr haqqında arayış, qısa informasiya verir (man burada manual).

Növbəti əmrləri bölmələrə ayrılmış şəkildə sıralayacam.

Fayllarla iş üçün əmrlər:
pwd – cari qovluğu göstərir
cd – təyin olunan qovluğa keçid
ls – cari qovluqdakı faylların siyahısı (-l açarı fayllar haqda əlavə informasiya verir)
cp – faylları və qovluqları köçürür
mv – faylların və qovluqların yerini dəyişir
mkdir – yeni qovluq yaradır
rm – qovluqdakı faylları silir
rmdir – boş qovluğu silir
chmod – fayla və ya qovluğa icazəni müəyyənləşdirir

Sistem əmrləri
Bu əmrlər əsasən superistifadəçinin adından verilir (sudo)
reboot – Sistemi yünidən işə salır
poweroff – kompyuteri söndürür
reset – terminalın işini yeniləyir, krusorun itdiyi hallarda belə işlyir
passwd – istifadəçiyə öz şifrəsini, superistifadəçiyə isə digərlərinin də şifrəsini dəyişdirməyə kömək edir
free – əməli yaddaş haqda informasiya verir.

Proseslərin idarəsi
ps – cari aktiv prosesləri göstərir
kill – bu əmr hər hansı bir prosesin işini dayandlrılması ilə bağlı siqnal göndərir. Əsasən donmuş proqramı bağlamaq üçün istifadə olunur.
killall – verilən parametrlərə uyğun bütün prosesləri dayandırır
top – mərkəzi prosessoru məşğul etmə ardıcıllığına əsasən bütün proseslərin siyahısını yazır.

Proqram poketləri ilə iş
Aşağıdakılar bir əmrin müxtəlif açarlarla işini göstərir (əsasən sudo ilə işlənir)
apt-get update – paketlər haqda olan informasiya bazasını yeniləyir
apt-get upgrade – bütün paketləri yeniləyir
apt-get clean – bütün lokal paket bazasını təmizləyir. Diski lazımsız paketlərdən təmizləməkçün çox yararlı ola bilər.
apt-get autoremove – daha əvvəlcədən endirilmiş, artıq istifadə olunmayan paketləri silir
apt-get remove – konfiqurasiya fayllarını saxlamaq şərti ilə paketin silinməsi
apt-get purge – paketin bütün əlaqələrlə birlikdə silinməsi
apt-get install – yeni paketin qurulması

Şəbəkə əmrləri
ifconfig – şəbəkə interfeysləri haqqında (Windowsdaki ipconfig analogu)
ping host – hər hansı hostu pingləyir və nəticəni göstərir
whois domain – hər hansı bir domenin whois informasiyasını göstərir
route host sizdən hosta olan yolun gedişatını göstərir
wget file – faylı endirir
ssh user@host – hosta istifadəçi kimi qoşulur
ufw enable – firewall işə salır
ufw disable – firewall söndürür

Digər əmrlər
uname -a – ƏS haqqında iformasiyanı göstərir
who – sistemdə kimin olduğunu göstərir

Hələlik bu qədər. Hər dəfə yeni əmrlərlə qarşılaşdıqda bu siyahını uzadacam. Sizin də Ubuntuda tez-tez işlətdiyiniz əmrlər varsa, şərh yaza bilərsiniz.

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK