01 Jan

Ubuntu 11.10-da klassik GNOME necə qaytaraq?

Əvvəlcədən bildirildiyi kimi, Ubuntu 11.10-da klassik Gnome yox əvəzində Unity 3D və ya bir qədər zəif konfigurasiya üçün Unity 2D var.

Ubuntunun yeni götünüşü haqqında onu deyim ki, ilk andan çox xoşuma geldi, problemsiz qurulma, sadə görünüş, rahat interfeys. Xoşuma gəlməyən sadəcə Gnome3-dən daha çox planşet qoxusu gəlir və Windowsda öyrəşdiyim — alt panelin olmaması idi. Hər dəfə Alt+Tab istifadə eləmək o qədər də asan gəlmirdi mənə. Aktiv olmayan pəncərələrsə sol tərəfdə gizlənir, bir qədər narahatdır. Ona görə klassik Gnome qaytarmaq qərarına gəldim.

Terminalda

1
sudo apt-get install gnome-session-fallback

yazırıq.
Və ya Ubuntunun program mərkəzindən axtarmaqla quraşdıra bilərik.

Sonra cari seansdan çıxırıq və LightDM-dən GNOME Classic seçirik.

Tweet about this on TwitterShare on FacebookShare on Google+Share on RedditShare on VK