07 Dec

Riçard Stolmanın Ubuntuya aid olan maraqlı fikirləri – "Ubuntu – Spyware?".

Demək olarki adi bir gün – bugun – heç nə də adi olmayan bir maraglı məgaləyə rast gəldim. Özüdə adi adamdan deyil – Riçard StolmanFree Software Foundation yaradıcısı və aktivisti, və məgalə GNU/Linux-un tanınmış, Canonical təqdim etdiyi Ubuntu distributivə aiddir.
Riçard Stolman keçən dəfə oktyabr aylarinda üzə çıxan Canonikal firmasından adi istifadəçinin məxfiliyini pozan, GNUya tam aid olmayan faktlardan danışır. Windows da belə hallar oldugunu deyir. Geyd etmək lazımdırki, Apple şirkətin masullarındada belə hallar gal magala gətirmişdir.
Kim ki bilmir, məlumatlandırag: Oktyab aylarında məlum olduki Ubuntu istifadəçinin ƏS-ndə axtarışı Canonicalın serverinə ötürür, o isə Amazon dan axtarışa uygun reklam və digər bannerlər ötürür.(original)
Bütün bu prosesslər istifadəçinin xəbəri olmadan baş verir. Canonical default bunu ləgv etmir, lakin deyilənə görə bu muümkündür. Canonical hətta məlumatı Amazona ötürməsinidə öz üzərinə götürmür. Riçard Stolmanda bu barədə danışır, hətta Ubuntunu tövsiyyə etmir – “If you ever recommend or redistribute GNU/Linux, please remove Ubuntu from the distros you recommend or redistribute.”.
Ətraflı məqaləni burada oxumag olar – www.fsf.org.
————————————————————————————————————————————————————-
Canonical şirkətinin sosial elagələr menejeri – Jono Baconun R.Stolmana cavabı.

01 Nov

Samsung GalaxyS2 və digər modellərdə USSD göndəriş ilə user parametrləri sıfırlama baqın patçı hələki çıxmayıb.

Keçən ay keçirilən Ekoparty 2012 konferensiyada göstərilimiş USSD baqı hələki yalnız Samsung Galaxy S3 modeldə “fix”olunub. Bunun üçun Galaxy S3 sahibləri internetdə patçı yükləyib öz mobil telefonu xoşagəlməz USSD sorgulardan uzaqlaşdıra bilərlər.
Lakin hələki bu baq Samsun Galaxy S2(Android versiyası 4.0.4 də daxil olmaqla, amma bəzi custom proşivkalara aid deyil) və hətta HTC One Xdə (HTC Sense 4.0 – 4.0.3 Androiddə) qalır.
Qeyd etmək lazımdırki bu baq heçdə adi – yüngul baqlardan deyil. USSDdi sorguda hətta elə malware-kod əlavə etmək olarki – məsələn sim bloklansın. Baqın əsas iş prinsipi ondan ibarətdirki bu modellərdə sıfirlanma USSD gondəriş ilə aparılır. Onuda TouchWizdə istifadə etmək olar.

Aşagıdaki gostərilən USSD sorgu bu mobil telefonlarda user parametrlərini sıfırlayır. Read More

13 Oct

Gəlin taniş olag – Bitcoin.

Indiki zaman piring şəbəkələr geniş yayılıb. Məsələn bir zaman populyar olan eDonkey. P2p şəbəkələrdən ətraflı məlumatı wikidən tapmag olar. Bu postda söhbət onlardan yox, Bitcoinden gedəjək. Bitcoin nədir ve onu harada istifadə etmək olar?
Bitcoin elektron valyutadır. Deyərsiz, o gedər elektron valyuta var, məsələn populyar WebMoney, Qiwi. Daha tezəsi nəyə lazım? Lakin bu belə deyil. Bitcoin yuxarıda yazdıgı kimi piring şəbəkədə duzəlmiş valyutadır, yəni bir hansısa idarə olunmayan mərkəzə (məsələn hansısa bank), hansısa sahibə aid olmayan bir valyutadır. Bitcoini naməlum şəxs – Satosi Nakomoto 2009cu ilde yaradıb. Onun fikrince bu elə valyuta olmalıdır ki, onu heç kim idarə eləyə bilməsin, o gızıla bənzər olmalıdır. Yəniki onun həcmi muəyyəndir, ve nəgədər onu əldə etmək olarsa – o gədər həcmi dunyada azalmalıdır. Indiki zaman təxmini 21 000 000 BTC var. Read More

02 Feb

HTML kodları PDF-ə çevirək

Bəzən elə olur ki, internetdə maraqlı bir yazı ilə qarşılaşırıq. Uzun olduğundanmı, vaxtımızın az olduğundanmı, kağızdan oxumağı sevdiyimizdənmi və ya başqa səbəbdən yazını çap etməli oluruq. Bu zaman yazıların, şəkillərin ora-bura qaçması, saytın yazıya aid olmayan ağır qrafikası və s. bizi məcbur edir ki, biz yazını saytdan çıxarıb digər programların köməyi ilə çap edək. Çap üçün universal bir format sayılan PDF-də isə bu cür məsələlər olumur. PDF səhifə göründüyü kimi çap olunur.

Ona gör də HTML kodların birbaşa PDF-ə çevirilməsi ilə bağlı internetdə bir qədər araşdırma etdikdən sonra ən sadə və istifadəsində elə də çatışmazlıq olmayan bir yolu sizlərlə paylaşmaq qərarına gəldim. Read More

15 Dec

Python və Djangonun Windows əməliyyat sistemlərinə qurulması

Python (az. Piton/ en. Payton) dünyada günü-gündən məşhurlaşmaqda olan bir proqramlaşdırma dilidir. Pythonun üstünlükərindən və ya digər desktop proqramlaşdırma dilləri ilə müqaisəsindən danışmayacam. Bu haqda Python/Django tagı altında yazılar yazmışıq (rusca).

Pythonun ən məşhur web framework Djangonu windows əməliyyat sisteminə necə asan və tez qurmaq olar, bu haqda danışaq.

  • 1. Python 2.7.2 (2.4 və ondan sonrakı versiyalar Djangonu dəstəkləyir. Bu postu yazarkən 2.x.x versiyasından ən sonuncu 2.7.2 idi (15.3Mb)). Yükləmə və quraşdırma prosesi çox sadədir. Fayllar C:Python27 qovluğunda olur. Programlarımız arasına yeni əlavə olunmuş IDLE (Python GUI) açırıq. Quraşdırdığımız python versiyası əks olunan pəncərə açıldısa, deməli hər şey qaydasındadır. Davam edək.
  • Read More

25 Nov

Daimi ifadələr (Regular expressions)

Sətrdə axtarış etmək üçün əksər programlaşdırma dillərində olduğu kimi, PHP-də də daimi ifadələrdən geniş istifadə olunur. İngilis dilində Regular expression olan bu söz birləşməsini “daimi ifadə” kimi tərcümə etdim. Əgər dilimizdə başqa cür səslənirsə və ya daha ideal variantını bilirsinizsə eşitmək maraqlı olardı.

Daimi ifadələrin köməyi ilə cari sətrdə olan və verilmiş qəlibə (şablona) uyğun gələn altsətri tapmaq və ya bu sətrdə axtarılan altsətrin mövcud olub olmamasını araşdırmaq mümkündür.

Daimi ifadələrin bir neçə tətbiq forması və ya dialekti mövcuddur. Biz əsasən daha çox inkişaf etmiş və özünə geniş tətbiq sahəsi tapmış Perl uyğunluqlu daimi ifadələrdən danışacayıq.

Belə ki, hazırda PHP-nin dəstəklədiyi POSİX dialekti növbəti distributivə (PHP 6) əlavə olunmayacaq. Ona görə Perl uyğunluqlu dialektə fikir versək daha əhəmiyyətli olar.

Read More

17 Oct

Cədvəllər indi daha səliqəli

Hazırda müxtəlif saytlarda çoxlu sayda cədvəl görmək mümkündür. İdman, iqtisadiyyat, statistika, forumlar və s. digər formatlı saytlarda cədvəllərdən geniş istifadə edirik.

Bəs cədvəlimizi necə gözoxşayan formada tərtib etmək olar? CSS-in köməkliyi ilə kifayət qədər səliqəli və maraqlı dizayna malik cədvəllər qurmaq mümkündür. Bu haqda postumun ikinci hissəsində daha ətraflı danışmaq istəyirəm. Hələ ki, postu yazmağımın əsas səbəbi olan – strukturu daha öncədən bilinməyən, dinamik cədvəllərə zolaqlı (zebra effekti) görünüş vermək haqda danışaq.

Demək istədiyimi daha aydın çatdırmaq üçün misal çəkim. Məsələn bizim elə cədvəlimiz olacaq ki, onun başlıq hissəsi (bizdə “header”) həmişə eyni qalacaq. Ancaq daha sonrakı aşağı hissəsi isə, bazadan və ya mənim misalımda olduğu kimi massivdən çağırılacaq.

Sətrin nömrəsinə görə fon rəngini təyin etmə mexanizmini aşağıdakı kodda şərh şəklində qeyd etmişəm.

Read More

29 Sep

Twitter postlarımızı səhifəmizə çağıraq

Sayt hazırlayarkən bizə twitter mikorblogumuzdakı son bir neçə twiti lent şəklində yayımlamaq lazım gələ bilər. Bunun üçün müxtəlif üsullar mövcuddur. WordPress-lə işləyirsinizsə müxtəlif plug-in-lər köməyinizə gələ bilər. Amma hər şeyi öz əlləri ilə yazmaq istəyənlər üçün qısa amma yararlı bir post olacağını düşünürəm. İdeya habr-kı PHP blogunda qarşıma çıxdı və sizlərlə öz dilimizdə paylaşmaq istədim.

Twitter-in istifadəçi üçün ayırdığı RSS kanalından istifadə edərək postlarımızı qəbul edək.

İlk öncə istifadəçi haqda informasiya əldə edək. Bizə bu informasiya içində istifadəçinin id nömrəsi, avatarı, web sayt, və s. lazım ola bilər. Bunun üçün köməyimizə XML fayl gələcək.

Onu simplexml_load_file() funksiyasının köməkliyi ilə təhlil edə bilərik:

1
2
3
$username = 'hemsherih';
$user_info = simplexml_load_file('http://twitter.com/users/show.xml?screen_name='.$username);
$user_id = $user_info[0]->id; // id əvəzinə profile_image_url və ya location və s. yazmaq da olar

Read More

20 Sep

PHP-də sadə alış-veriş zənbili

Bu yaxınlarda aldığım sayt sifarişlərinin birində sadələşdirilmiş elektron mağazanın olması istənmişdi. Daha öncə bu barədə nə düşünmüşdüm, nə də ki, bir elektron mağazanın hansı prinsiplərlə işlədiyi haqda məlumatım var idi. İnternetdə bir qədər araşdırma apardım, elə də dəyərli məlumat tapa bilmədim, amma ingilisdilli bəzi saytlardan bəhrələndim… Sözü uzatmadan keçək mətləbə.

Biz istəyirik ki, bizim kitab mağazamızdakı məhsulların siyahısını, qiymətlərini görək, və onu zənbilə əlavə edə bilək. “Əlavə et” düyməsini basdıqda birbaşa zənbilə keçid alaq və oradakı məhsulların siyahısı, sayı qiyməti və ümumi borcumuzu gorə bilək.

Başlayaq bazamızdan.

1
2
3
4
5
6
7
8
9
10
11
CREATE TABLE books (
id int(6) unsigned NOT NULL auto_increment,
title varchar(100) NOT NULL default '',
author varchar(100) NOT NULL default '',
price decimal(3,2) NOT NULL default '0.00',
PRIMARY KEY (id)
) TYPE=MyISAM;
 
INSERT INTO books VALUES (1, 'Əli və Nino', 'Qurban Səid', '24.99');
INSERT INTO books VALUES (2, 'Əlkimyaçı', 'Paulo Koelyo', '27.99');
INSERT INTO books VALUES (3, 'Boz atın belində', 'Cəlal Bərgüşad', '14.99');

Read More